"Sevindirici haldır ki, mənim Paris Yay Olimpiya Oyunlarında qazandığım medalın yenilənmiş variantı mənə çatdırıldı".
Apasport.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov bildirib.
O, Paris-2024-də əldə etdiyi gümüş medalın karyerasındakı ən yüksək zirvələrdən biri olduğunu deyib.
"Bilirsiniz ki, hər bir idmançı Olimpiya Oyunlarında medal qazanmaq arzusundadır. Mən də bu arzuma çatmışam. Qızıl medalın bir addımlığında təşəbbüs əldən vermişdim. Amma finala qədər mübarizə aparmaq heç də asan məsələ deyil. Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir. Mükafatımın bərbad vəziyyətə düşməsi məni narahat edirdi. Lakin inanırdım ki, medalımın yenilənməsi mümkün olacaq. Budur, həmin gümüş medalın yeni variantı mənim boynumdadır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mənə bu medalı təqdim edəndə, bir anlıq Parisə qayıtdım. Parisdəki mükafatlandırma mərasimində keçirdiyim hissləri bu gün yenidən yaşadım. Bu hələ son deyil qarşıda daha nüfuzlu yarışların həyəcanı var. Təxminən bir aydan sonra Avropa çempionatı keçiriləcək. Həmin yarışda uğur qazanmağa çalışacağam. Fürsətdən istifadə edib media nümayəndələrinə də təşəkkür edirəm, çünki məhz onların sayəsində biz idmançıların uğur və problemləri diqqət mərkəzində olur. Biz idmançılar bu sahədə sizə güvənirik", - deyə Qaşım Maqomedov bildirib.
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib