Azərbaycan yığması Avropa çempionatında İsveçə də uduzdu
04.08.2008 - 10:21
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət milli komandası Rumıniyanın Tarqu Mures şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda uğursuz çıxış edir. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın B qrupunda yer alan yığmamız ardıcıl ikinci oyunda da meydanı məğlubiyyətlə tərk edib. Debüt matçında Almaniyaya uduzan (38:124) basketbolçularımız bu dəfə İsveçə layiqli müqavimət göstərə bilməyiblər - 44:100. Oqtay Ağayevin rəhbərlik etdiyi komandamız bu gün İrlandiya, sabah isə Çexiya ilə qarşılaşacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə 19 komanda mübarizə aparacaq. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar Avropa çempionatının nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.

- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0