Pekin Olimpiadası başlamamış ilk rekord qeydə alınıb
04.08.2008 - 11:22
Pekin. Elşən Məmmədov - APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunları başlamadan dopinq rekordu yenilənib. “APA-Sport” agentliyinin məlumatına görə, Yunanıstan və Bolqarıstan ağırlıqqaldıranlarından sonra Çin, Rumıniya, Danimarka və Rusiya atletlərinin də qanından istifadəsi qadağan olunmuş dərman preparatı tapılıb. Bununla da, Pekin Olimpiadası başlamamış dopinq-testdə ilişən idmançıların sayı 25-ə çatıb.
Qeyd edək ki, 2004-cü il Afina Yay Olimpiya Oyunlarına qatılmamışdan öncə 21 idmançının dopinq-testi müsbət nəticələnmişdi.
Qeyd edək ki, 2004-cü il Afina Yay Olimpiya Oyunlarına qatılmamışdan öncə 21 idmançının dopinq-testi müsbət nəticələnmişdi.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0