Bakının “İnter” klubunun rəqibi Çempionlar Liqasından kənarlaşdırıla bilər
04.08.2008 - 14:04
Belqrad. Elşən Məmmədov - APA-Sport. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “İnter”in rəqibi olan Serbiyanın “Partizan” klubu turnirdən kənarlaşdırıla bilər. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb “Partizan” azarkeşlərinin Bosniya müharibəsi zamanı soyqırım və insanlara qarşı cinayətkarlıqda suçlanan, hazırda Beynəlxalq Haaqa Tribunalında mühakimə olunan serb Radovan Karaciçə dəstək vermələridir. Artıq UEFA tərəfindən Serbiya çempionlarına xəbərdarlıq məktubu ünvanlanıb.
“Partizan” klubu hələ ötən il UEFA kubokunun I təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Mostar” klubu ilə ilk oyun zamanı azarkeşlərinin törətdiyi çaxnaşma üzündən bir il müddətinə turnirdən diskvalifikasiya edilib. Lakin az sonra qitə futbol qurumu təkrar qarşılaşmada eyni halın baş verməməsi şərtilə çıxardığı qərarı geri götürüb. “İnter”lə “Partizan” arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab oyunu avqustun 6-da Serbiyanın paytaxtı Belqradda baş tutmalıdır. Cütün qalibi III təsnifat mərhələsində “Fənərbaxça” (Türkiyə) - MTK (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0