Azərbaycan çaparına 1 milyon 970 min avroya at alınıb
05.08.2008 - 17:16
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında Azərbaycanın atçılıq idmanı kimi elitar növdə ilk dəfə təmsil olunmasına çox sevinirəm. Olimpiya Oyunlarında fərdi yarışlarda çıxış edəcək çaparımız Camal Rəhimova ilk gündən inanmışam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. A.Rəhimov bildirib ki, atçılıq bahalı idman növü olduğu üçün Camal Rəhimovun 2008-ci il Pekin Yay Olimpiya Oyunları öncəsi yarışlara hazırlaşmasına köməklik göstərilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev Fonduna müraciət edilib: “Əgər nazirliyimiz təkbaşına Camal Rəhimovun çıxışlarını maliyyələşdirsəydi, digər idmançılarımıza vəsait çatdıra bilməyəcəkdi. Ona görə kömək üçün Heydər Əliyev Fonduna müraciət etdik. Sağ olsunlar, fond tərəfindən müraciətimizə müsbət cavab verildi. Hər ay Camal üçün 10 min avro ayırdılar. Nazirliyimiz isə 100 min manat xərclədi”. Nazir, həmçinin bildirib ki, C.Rəhimovun istifadə etdiyi ikinci at xəstələndiyindən, Dövlət Neft Şirkəti Fransadan 1 milyon 970 min avroya yeni at alıb. A.Rəhimov Pekindən kənarda - Honq-Konqda keçirilməsinə baxmayaraq, atçılıq yarışlarını izləyəcəyini də açıqlayıb.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0