Teymur Rəcəbov: “Mənə nəsə olub” - FOTO
06.08.2008 - 10:46
Bakı. Kənan Həsənov - APA-Sport. “Çeparinovla oyun doğurdan da başgicəlləndirici alındı. Sanki lövhə arxasında iki dəli mübarizə aparırdı. Biz həqiqətən zəif təsir bağışladıq. Əvvəlcə İvan, sonra da mən ciddi səhvə yol verdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən Qran-Pri turnirinin ikinci mərhələsində liderliyə yüksələn Teymur Rəcəbov söyləyib. Beynəlxalq qrossmeysterimiz bolqarıstanlı İvan Çeparinovla görüşdə buraxdığı kobud səhvə də aydınlıq gəlib: “Mən həmin epizodda piyadanı götürmək istəyirdim. Nəticədə vəzirimi itirdim. Bu planımın mənfi tərəfi idi. Vəziri uduzduqdan sonra piyadaların köməyi ilə hücumu genişləndirməyə çalışdım. Gözlədiyim kimi rəqibim də səhvə yol verdi. Ümumiyyətlə son iki oyunda mənə nə isə olub. Dəqiq hesablamaq və təmiz oynamaq lazımdır”. T.Rəcəbov rusiyalı Pyotr Svidlerə uduzduğu oyuna da toxunub: “Əvvəlcə hər şey nəzərdə tutduğum kimi gedirdi. Sonra gözlənilmədən səhv buraxdım. Bu səbəbdən heç-heçə etmək istəyim də gerçəkləşmədi. Belə səhvlər bağışlanılmazdır”.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0