Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
07.08.2008 - 09:43
Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimi Pekin Olimpiya kəndinin meri açıb. O, “Bir arzu, bir dünya” şüarı ilə keçirilən Pekin Olimpiadasında müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyini qeyd edib və Azərbaycan nümayəndə heyətini salamlayıb.
Azərbaycan nümayəndə heyətinin şef de-missionu İlham Mədətov tribunaya dəvət olunub və Olimpiya kəndində Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını qaldırıb.

- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0