Teymur Rəcəbov Qran-Pri turnirində liderdir
07.08.2008 - 10:07
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində VI turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu Azərbaycan milli komandasının üzvləri üçün uğurlu alınıb. Liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov ardıcıl ikinci qələbəsini Boris Qelfand (İsrail) üzərində qazanıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz rəqibini 49-cu gedişdə məğlub edib. Vüqar Həşimov isə ağ fiqurlarla 70-ci gedişdə David Navaranın (Çexiya) müqavimətini qırıb. Bu, həmyerlimizin ardıcıl beş heç-heçədən sonra ilk qələbəsi olub. İvan Çeparinov (Bolqarıstan) rusiyalı Aleksandr Qrişuku, Levon Aronyan (Ermənistan) isə qətərli Məhəmməd Əl Modiakini üstələyib. Dmitri Yakovenko (Rusiya) - Vasili İvançuk (Ukrayna), Qata Kamski (ABŞ) - Sergey Karyakin (Ukrayna), Pyotr Svidler (Rusiya) – Van Yue (Çin) görüşlərində qalib müəyyənləşməyib. Altı oyundan sonra turnir cədvəlinə 4 xalla T.Rəcəbov və İ.Çeparinov başçılıq edir. Onların ən yaxın izləyiciləri hərəyə 3,5 xal toplayan V.Həşimovla L.Aronyandır. Bu gün VII turun oyunları keçiriləcək: V.Yue - İ.Çeparinov, A.Qrişuk - B.Qelfand, D.Navara - P.Svidler, V.İvançuk - V.Həşimov, L.Aronyan - D.Yakovenko, T.Rəcəbov - Q.Kamski, S.Karyakin - M.Ə.Modiaki.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0