Rusiyalı boksçu Samir Məmmədovu Pekin Olimpiadasının favoritlərindən saymır
07.08.2008 - 15:15
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyalı boksçu Georgi Balakşin Azərbaycan milli komandasının üzvü Samir Məmmədovu Pekin Yay Olimpiya Oyunlarının favoritləri sırasına daxil etməyib. “APA-Sport” agentliyinin məlumatına görə, 51 kq çəki dərəcəsində 3 dəfə Avropa çempionu olan təcrübəli boksçu əsas rəqiblərini yaxşı tanıdığını bildirib: “Uzun yol qət edib Pekində hər hansı bir döyüşdə uduzmaq axmaqlıqdır. Amma rəqiblərimizin güclü olduğunu da deməliyəm. ABŞ-lı boksçu çox səviyyəlidir. O, məni dünya çempionatında medalsız qoyub. Kuba və Asiya ölkələrindən olan rəqiblərim də təhlükəlidirlər”.
Qeyd edək ki, 51 kq çəki dərəcəsində döyüşlər avqustun 12-də başlanacaq.
Qeyd edək ki, 51 kq çəki dərəcəsində döyüşlər avqustun 12-də başlanacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0