Beynəlxalq Uşu Federasiyası Azərbaycana təbrik məktubu göndərib
08.08.2008 - 10:11
Pekin. Elşən Məmmədov - APA-Sport. Çinin paytaxtı Pekində Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Konqresi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda Beynəlxalq Uşu Federasiyasının (İWUF) prezidenti Yu Zayqin İOC-un vitse-prezidenti seçilib. Bu münasibətlə İWUF-un baş katibi Van Siolin və Avropa Uşu Federasiyasının prezidenti Raymond Smit Azərbaycan Uşu Federasiyasına (AUF) təbrik məktubu göndəriblər. Öz növbəsində AUF-un prezidenti Azər Həsənsoy Yu Zayqini təbrik edib. A.Həsənsoy İOC rəhbərliyində baş verən bu dəyişikliyin uşu idman növünün dünyada daha da populyarlaşmasına təkan olacağına inandığını bildirib.
Qeyd edək ki, uşu 2016-cı il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd növlər arasında göstərilir.
Qeyd edək ki, uşu 2016-cı il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd növlər arasında göstərilir.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0