Azərbaycan otüstü hokkey yığması Pekin Olimpiadasına əlavə iştirakçı kimi qatılmaq istəyib
08.08.2008 - 15:01
Lozanna. Elşən Məmmədov - APA-Sport. İsveçrənin Lozanna şəhərində yerləşən İdman-Arbitraj Məhkəməsi (CAS) son bir həftə ərzində üçüncü dəfə Azərbaycan Hokkey Federasiyasının (AzHF) qadınlardan ibarət İspaniya yığması ilə bağlı verdiyi apellyasiyasını rədd edib. “APA-Sport” agentliyinin məlumatına görə, AzHF apreldə Bakıda keçirilmiş 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turniri zamanı iki oyunçusu dopinq-testdə ilişən İspaniya millisinin Olimpiadadan kənarlaşdırılmasını tələb edib. Lakin Beynəlxalq Hokkey Federasiyası (FİH) nə oyunçulara, nə də yığma komandaya qarşı sanksiya tətbiq edib. FİH idmançılardan birinin zəhərlənmənin qurbanı olduğu, digərinin isə dopinq-test nümunəsinin dəyişdirildiyi qənaətinə gəlib. Kompromis variant kimi, AzHF millimizin Olimpiadaya əlavə, 13-cü iştirakçı kimi buraxılmasını təklif edib. Lakin bu variant da rədd edilib. Öz növbəsində, CAS FİH-in qərarını dəyişdirməyə lüzum görməyib.
Qeyd edək ki, lisenziya turnirinin finalında Azərbaycan yığması İspaniya millisinə 2:3 hesabı ilə uduzub. Nəticədə Olimpiadaya yeganə vəsiqəni ispaniyalılar qazanıblar.
Qeyd edək ki, lisenziya turnirinin finalında Azərbaycan yığması İspaniya millisinə 2:3 hesabı ilə uduzub. Nəticədə Olimpiadaya yeganə vəsiqəni ispaniyalılar qazanıblar.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0