Çinin daha bir idmançısı Pekin Olimpiadasında qızıl medal qazanıb
09.08.2008 - 12:16
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında daha bir dəst medalın sahibləri müəyyənləşib. “APA-Sport”un məlumatına görə, pnevmatik tapançadan 10 metr məsafədəki hədəfə atəş açma üzrə kişilərin mübarizəsində Çin təmsilçisi Panq Vey qızıl medala sahib çıxıb. 22 yaşlı atıcı təsnifat mərhələsində 586 xal, finalda isə 102,2 xal toplayaraq, ümumilikdə 688,2 xalla birinci yeri tutub. Cənubi koreyalı Yin-Yonq Oh 684,5 xalla gümüş, Koreya Xalq Demokratik Respublikasından olan Kim Yonq-Su isə 683 xalla bürünc medal qazanıb.
Qeyd edək ki, hələlik Çin idmançıları Olimpiadada qazanılan medalların sayına görə 2 qızıl medalla liderlik edirlər. Hesabında 1 qızıl medal olan Çexiya 2-ci pillədə qərarlaşıb. Cənubi Koreya, Türkiyə və Rusiya hərəyə bir gümüş medalla 3 - 5-ci yerləri, hərəyə bir bürünc medala malik Xorvatiya, Koreya Xalq Demokratik Respublikası və Çin Taypeyi isə 6 - 8-ci yerləri bölüşdürürlər.

- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0