Azərbaycan idmançılarının Pekin Olimpiadasında debütü uğursuz olub
10.08.2008 - 10:12
66 kiloqramda çıxış edən 31 yaşlı idmançımız rusiyalı Alim Qadanova uduzub. Avropa çempionatının bürünc mükafatçısı olan rəqibi ilə qarşılaşmaya fəal başlayan R. Qasımov ilk xalı qazansa da, sonradan zədə alıb. Lakin cüdoçumuz həkimin köməyindən sonra mübarizəni davam etdirə bilib. Təəssüf ki, zədə R. Qasımova görüşü qələbə ilə başa vurmağa imkan verməyib.
Qeyd edək ki, bu gün Pekin Olimpiadasında çıxış edəcək digər idmançımız üzgüçü Oksana Hətəmxanova olacaq. 100 metr məsafədə brass üsulu ilə üzən təmsilçimiz mübarizəyə ilkin mərhələdən başlayacaq.
Qeyd edək ki, bu gün Pekin Olimpiadasında çıxış edəcək digər idmançımız üzgüçü Oksana Hətəmxanova olacaq. 100 metr məsafədə brass üsulu ilə üzən təmsilçimiz mübarizəyə ilkin mərhələdən başlayacaq.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0