Teymur Rəcəbov Qran-Pri turnirində liderliyi əldən verib
11.08.2008 - 10:47
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində IX turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu Azərbaycan milli komandasının üzvləri üçün uğurlu alınmayıb. Liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov çinli Van Yueyə məğlub olaraq mövqeyini əldən verib. Vüqar Həşimov isə ukraynalı Sergey Karyakinlə heç-heçə edərək 0,5 xalla kifayətlənib. Vasili İvançuk (Ukrayna) - İvan Çeparinov (Bolqarıstan), David Navara (Çexiya) - Boris Qelfand (İsrail), Məhəmməd Əl Modiaki (Qətər) - Dmitri Yakovenko (Rusiya), Levon Aronyan (Ermənistan) - Pyotr Svidler (Rusiya), Aleksandr Qrişuk (Rusiya) - Qata Kamski (ABŞ) qarşılaşmalarında da qalib müəyyənləşməyib. Doqquz oyundan sonra turnir cədvəlinə 5,5 xalla İ. Çeparinov və V. Yue başçılıq edir. Onların ən yaxın izləyiciləri, hərəyə 5 xal toplayan T. Rəcəbov, V. Həşimov, L. Aronyan, Q. Kamski və V. İvançukdur. Bu gün X turun oyunları keçiriləcək: B.Qelfand - V.İvançuk, İ.Çeparinov - L.Aronyan, T.Rəcəbov - D.Navara, A.Qrişuk - V.Yue, Q.Kamski – D.Yakovenko, P.Svidler - S.Karyakin, V.Həşimov - M.Ə.Modiaki.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0