ABŞ-ın tennis üzrə açıq çempionatında ilk sensasiya qeydə alınıb
29.08.2008 - 13:05
Bakı. Kənan Həsənov - APA-Sport. Nyu-York şəhərində “Böyük Dəbilqə” seriyasından olan tennis üzrə ABŞ-ın açıq çempionatında ilk sensasiya qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, planetin bir nömrəli tennisçisi Ana İvanoviç ikinci mərhələdə mübarizəni dayandırıb. 21 yaşlı serbiyalı idmançı reytinqdə 188-ci olan Jüli Kuenə (Fransa) uduzub - 3:6, 6:4, 3:6. Kişi və qadınlar arasında keçirilən yarışda hələlik başqa sürpriz nəticələr yoxdur. Sentyabrın 7-dək davam edəcək turnirin mükafat fondu 20,7 milyon ABŞ dollarına bərabərdir.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0