Bakıda təşkil olunacaq futzal turnirinə 4 əcnəbi hakim təyinat alıb
29.08.2008 - 13:37
Bakı. Elşən Məmmədov - APA-Sport. Futzal üzrə Azərbaycan çempionu Naxçıvanın “Araz” klubunun mübarizə aparacağı UEFA kubokunun 6-cı seçmə qrupunun oyunlarının hakimləri müəyyənləşib. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalara Yatsek Liqienza (Polşa), Petros Panaidis (Kipr), Sreten Vasiç (Serbiya) və Sergey Velikiy (Rusiya) təyinat alıblar. Hakimlərin işini belçikalı Patrik Villemark qiymətləndirəcək. Aleksandru Burlak (Makedoniya) isə UEFA nümayəndəsi qismində paytaxtımıza təşrif buyuracaq.
Qeyd edək ki, “Araz”ın rəqibləri “Şkövde” (İsveç), “Nadin” (Bolqarıstan) və “Slov-Matik Fofo” klubları olacaq. 11-14 sentyabr aralığında baş tutacaq turnir zamanı komandamızın hər üç görüşü saat 21:00-da başlanacaq.
Qeyd edək ki, “Araz”ın rəqibləri “Şkövde” (İsveç), “Nadin” (Bolqarıstan) və “Slov-Matik Fofo” klubları olacaq. 11-14 sentyabr aralığında baş tutacaq turnir zamanı komandamızın hər üç görüşü saat 21:00-da başlanacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0