Teymur Rəcəbov sabah İspaniyada start götürəcək superturnirdə mübarizə aparacaq
01.09.2008 - 14:00
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah İspaniyanın Bilbao şəhərində şahmat üzrə “Böyük dəbilqə” superturniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda Azərbaycan yığmasının lideri Teymur Rəcəbov da mübarizə aparacaq. 21 yaşlı qrossmeysterimiz reytinqdə turnirin 5-ci şahmatçısıdır. 400 min avro mükafat fondu olan birincilikdə hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan), Vasili İvançuk (Ukrayna), Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) və Levon Aronyan (Ermənistan) da iştirak edəcək. İlk dəfə keçiriləcək “Böyük dəbilqə” superturnirinin qalibi 150 min avro qazanacaq. Reqlamentə əsasən qələbəyə 3, heç-heçəyə isə 1 xal veriləcək. İki dövrədən ibarət turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov olacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0