Dünya Kubokunun təşkilatçılıq hüququ Bakıya verildi
03.09.2008 - 15:12
Bakı. Aqşin Əliyev - APA-Sport. Kişi və qadınlar arasında cüdo üzrə Dünya Kuboku Bakıda təşkil olunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı Avropa Cüdo İttifaqının (EJU) rəhbərliyi qərar çıxarıb. Öncə yarışın Belarusun paytaxtı Minskdə keçirilməsi nəzərdə tutulsa da, turnir üçün ayrılan zalın standartlara cavab verməməsi EJU rəsmilərini fikirlərindən daşındırıb. Daha sonra Dünya Kubokunun təşkilatçılıq hüququ Azərbaycana verilib. Oktyabrın 11-12-də baş tutacaq yarışa qatılacaq ölkələrin və cüdoçuların sayı hələlik məlum deyil.
Qeyd edək ki, 2007-ci il oktyabrın 14-15-də paytaxtımızda kişi cüdoçuların Dünya Kuboku uğrunda yarış keçirilib.
Qeyd edək ki, 2007-ci il oktyabrın 14-15-də paytaxtımızda kişi cüdoçuların Dünya Kuboku uğrunda yarış keçirilib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0