Pekində daha 2 medal qazandıq
08.09.2008 - 09:56
Bakı. Aqşin Əliyev - APA-Sport. Çinin paytaxtı Pekində XIII Yay Paralimpiya Oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, yarışa 18 idmançı ilə qatılan Azərbaycan yığması ilk gündə birinci medalını qazanıb. Belə ki, cüdoçu Ramin İbrahimov (60 kq) bürünc mükafata layiq görülüb. Bu gün isə milli komandamız aktivinə növbəti medalı yazdırıb. Vladimir Zayets üçtəkanla tullanma yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Hazırda Azərbaycan medal qazanan ölkələrin siyahısında 28-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Pekin Paralimpiadasına sentyabrın 17-də yekun vurulacaq.
Qeyd edək ki, Pekin Paralimpiadasına sentyabrın 17-də yekun vurulacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0