Rəcəbovun “Qədim Hind müdafiəsi”
09.09.2008 - 09:47
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə “Böyük Dəbilqə” superturnirində ikinci dövrə start götürüb. “APA-Sport”un məlumatına görə, VI tur azərbaycanlı qrossmeyster Teymur Rəcəbov üçün uğurlu alınmayıb. Belə ki, 21 yaşlı təmsilçimiz yenə qələbəyə həsrət qalıb. Veselin Topalova (Bolqarıstan) qarşı qara fiqurlarla mübarizə aparan Rəcəbov “Qədim Hind müdafiə”sinin tətbiq edildiyi görüşdən 1 xalla ayrılıb. Şahmatçılar 73-cü gedişdə heç-heçəyə razılaşıblar.
Digər oyunlarda Maqnus Karlsen (Norveç) Levon Aronyanı (Ermənistan) məğlub edib, Vasili İvançukla (Ukrayna) Vişvanatan Anandın (Hindistan) partiyasında isə qalib müəyyənləşməyib. Bu nəticələrdən sonra Karlsen (11 xal) liderliyi ələ keçirib. Topalovun 10, Aronyanın 6 xalı var. İvançuk, Anand və Rəcəbov hərəyə 5 xal toplayıblar.
Bu gün 7-ci tur çərçivəsində Aronyan Topalovla, Rəcəbov Anandla, Karlsen İvançukla qarşılaşacaq.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0