Azərbaycan Portuqaliya və Polşa ilə eyni qrupda
10.09.2008 - 17:44
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. “APA-Sport”un məlumatına görə, təsnifat mərhələsində 38 yığma 12 vəsiqə uğrunda yarışacaq. Azərbaycan milli komandası reytinqi yüksək olduğundan ikinci turda mübarizəyə qoşulacaq. Yığmamız 6-cı qrupda Portuqaliya və Polşaya qarşı çıxış edəcək. Bundan başqa, ilkin mərhələnin 4-cü qrupunun - İsrail, Finlandiya, Türkiyə və Çernoqoriya – ən güclüsü də futzalçılarımıza rəqib olacaq. Milli komandamızın qrupundakı oyunlar 2009-cu il martın 19-dan 22-dək Portuqaliyanın Viana do Kastelo şəhərində keçiriləcək. Qrup qalibləri və ən yaxşı nəticələrlə ikinci yeri tutmuş 4 kollektiv finala vəsiqə qazanacaq. Avropa çempionatı 2010-cu ilin yanvarında Macarıstanda təşkil olunacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0