465 min dollarlıq cərimə
12.09.2008 - 11:21
Bakı. Kənan Həsənov - APA-Sport. Pekin Olimpiadası ərəfəsində qanlarında istifadəsi qadağan olunan dərman preparatı tapılan Bolqarıstanın ağırlıqqaldırma yığmasının üzvləri ciddi cəzalandırılıb. “APA-Sport”un məlumatına görə, yeddi atlet 2012-ci ilədək beynəlxalq yarışlardan kənarlaşdırılıb. Yığmanın digər iki üzvü isə ömürlük cəzaya məruz qalıb. Bununla yanaşı, Bolqarıstan Ağırlıqqaldırma Federasiyası 465 min ABŞ dolları cərimə ödəməli olacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0