Qızlar da avar çəkməyə başladılar
12.09.2008 - 18:17
Bakı - APA-Sport. Bu gün Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində yeniyetmələr arasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan birinciliyi start götürüb. Bu haqda “APA-Sport”a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində çıxış edən AMAF-ın vitse-prezidenti Natiq Abbasov və baş katib Fikrət Zeynalov ölkə birinciliyinin 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına hazırlaşacaq milli komandalarımızın formalaşdırılması məqsədilə təşkil olunduğunu bildiriblər. Çempionatda ilk dəfə qız avarçəkənlərin də iştirakı müsbət hal kimi dəyərləndirilib.
Daha sonra Azərbaycanın və AMAF-ın bayrağı qaldırılıb və yarışa start verilib. Sentyabrın 14-dək davam edəcək birincilikdə üç kateqoriya üzrə – 1990-91, 1992-93 və 1994-95-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0