Bir əldə iki qarpız
12.09.2008 - 18:18
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın “Ural-Qreyt” basketbol klubunun üzvü Cumeyn Cons ömürlük cəzalandırıla bilər. “APA-Sport”un məlumatına görə, buna amerikalı legionerin “bir əldə iki qarpız tutması” səbəb olub. Belə ki, yay transfer fasiləsində “Ural-Qreyt”lə müqavilə bağlayan Consun “Milan”a məxsus olduğu ortaya çıxıb. İtalyan klubu ilə müqaviləsini pozmayan basketbolçunun günahı sübut olunarsa, onu ömürlük diskvalifikasiya gözləyir.
Qeyd edək ki, “Ural-Qreyt”də Azərbaycan yığmasının lideri Aleksandr Rındin də forma geyir.
Qeyd edək ki, “Ural-Qreyt”də Azərbaycan yığmasının lideri Aleksandr Rındin də forma geyir.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0