Ayaqqabının güdazına gedən olimpiya çempionu
13.09.2008 - 11:01
Bakı. Kənan Həsənov - APA-Sport. Stend atıcılığı üzrə ikiqat olimpiya çempionu Kim Roud soyğunçuluğa məruz qalıb. “APA-Sport”un məlumatına görə, oğrular amerikalı idmançının avtomobilinin şüşəsini sındıraraq silahını götürüblər. Stend atıcısı bildirib ki, hadisə baş verərkən mağazada özü üçün ayaqqqabı seçirmiş.
Roud son 18 ildə beynəlxalq yarışlarda bu silahdan istifadə edib. O, silahı qaytaracaq şəxsə 5000 dollar mükafat vəd verib.
Qeyd edək ki, Roud Atlanta (1996-cı il) və Afinada (2004-cü il) qızıl, Sidneydə (2000-ci il) bürünc, Pekin Olimpiadasında (2008) isə gümüş medala sahib çıxıb.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0