Üç oğlana üç bürünc
15.09.2008 - 11:25
Bakı. Aqşin Əliyev - APA-Sport. Polşanın paytaxtı Varşavada 1989-1993-c il təvəllüdlü cüdoçular arasında Avropa çempionatı keçirilib. “APA-Sport”un məlumatına görə, turnirə 7 oğlan və 3 qızla qatılan Azərbaycan milli komandası 3 medal qazanıb. Həmvətənlərimizdən Elsevər Sadıqzadə (55 kq), Sərxan Əhmədov (66 kq) və Ramin Qurbanov (81 kq) fəxri kürsüyə yüksəlib. Maraqlıdır ki, hər üç idmançımız bürünc mükafatla kifayətlənib. Xanım cüdoçularımız isə etimadları doğrultmayıblar. Yekunda yığmamız medalların əyarına əsasən, 40 kollektiv arasında 18-ci yeri tutub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0