Bir dəst medal
16.09.2008 - 10:09
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin İstanbul şəhərində idman gimnastikası üzrə “Bosfor kuboku” beynəlxalq turnirinə yekun vurulub. “APA-Sport”un Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, təmsilçilərimiz yarışı uğurlu nəticələrlə başa vurublar.
Belə ki, Elvin Ağadədəyev gimnastika atı üzərində final çıxışına görə qızıl medala layiq görülüb. 14 yaşlı idmançımız həmçinin, paralel qollar üzrə mübarizədə üçüncü yeri tutub. Eyni növdə komandamıza gümüş medalı isə kişilər arasında çıxış edən Şakir Şıxəliyev qazandırıb.
İdman gimnastlarımızın qatılacaqları növbəti turnir isə dünya kubokunun mərhələ yarışı olacaq. Bu nüfuzlu birincilik noyabrda Almaniyanın Ştutqart şəhərində keçiriləcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0