Bakı dünya çempionatının hazırlığına başladı
18.09.2008 - 14:29
Bakı - APA-Sport. Azərbaycanda hərbiçilərin boks üzrə 52-ci dünya çempionatı keçiriləcək. “APA-Sport”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Səfərov deyib. Onun sözlərinə görə, noyabrın 21-30 arasında Bakıda keçiriləcək dünya çempionatının yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb: “Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin sədrliyi ilə yarışın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. İşlər gedir və çox ümid edirik ki, Azərbaycan hərbiçiləri yüksək nəticə göstərəcəklər”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0