Azərbaycan çempionu Moskva “Dinamo”suna qarşı
19.09.2008 - 15:07
Bakı. Mehman Süleymanov - APA-Sport. Futzal üzrə UEFA kubokunun elit mərhələsinə vəsiqə qazanan “Araz” klubunun rəqibləri müəyyənləşib. “APA-Sport”un məlumatına görə, Azərbaycan çempionu Rusiyanın “Dinamo” (Moskva), Xorvatiyanın “Nasional” və Rumıniyanın “Odorxeu” klubları ilə bir qrupda mübarizə aparacaq. Təmsilçimizin yer aldığı qrupun görüşləri noyabrda Xorvatiyada keçiriləcək. Növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanacaq.
Qeyd edək ki, “Araz” elit mərhələsinə öz qrupunun birincisi kimi çıxıb.
Qeyd edək ki, “Araz” elit mərhələsinə öz qrupunun birincisi kimi çıxıb.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0