Prezident İlham Əliyev paralimpiyaçıları qəbul edib
22.09.2008 - 18:39
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib.
“APA-Sport”un məlumatına görə, prezident görüş iştirakçılarını Pekin Paralimpiya Oyunlarında qazanılmış qələbə münasibətilə təbrik edib: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə bizim paralimpiyaçılarımız 10 medal qazanıblar. Onlardan 2-si qızıl, 3-ü gümüş, 5-i bürünc medaldır. Bu, çox böyük nailiyyətdir, çox böyük qələbədir”.
Ölkədə idmanla məşğul olmaq üçün yeni imkanlar yaradıldığını deyən dövlət başçısı daha bir neçə idman kompleksinin açılacağını söyləyib.
Daha sonra prezident idmançılara və onların məşqçilərinə mükafatları təqdim edib.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0