Şahmatçılar Avropa çempionatından əliboş qayıdırlar
25.09.2008 - 09:49
Bakı. Kənan Həsənov - APA-Sport. Çernoqoriyanın Hersoq-Novi şəhərində təşkil olunan 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında növbəti Avropa çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışda mübarizə aparan 23 təmsilçimizdən heç biri fəxri kürsüyə yüksəlməyi bacarmayıb.
Fikrət Sideifzadənin rəhbərlik etdiyi komandamızın üzvlərindən yalnız 6-sı yarışı ilk “onluq”da başa vurub. Avropa çempionatında ən yüksək nəticəni isə Rusiya şahmatçıları qazanıblar. Bu ölkə təmsilçiləri 3 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0