Dünya çempionatına 5 cüdoçumuz gedir
25.09.2008 - 17:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Oktyabrın 23-də Tailandın paytaxtı Banqkokda gənc oğlan və qızlar arasında cüdo üzrə dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, yarışda Azərbaycanın şərəfini 5 idmançı qoruyacaq.
Oğlanların mübarizəsində Elsevər Sadıqzadə (60 kq), Sərxan Əhmədov (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (90 kq) qüvvəsini sınayacaq. Xanım cüdoçuların yarışında isə cəmi bir təmsilçimiz olacaq. 63 kq çəki dərəcəsində Kəmalə Hüseynova öz bacarığını nümayiş etdirəcək.
Gənc cüdoçular Tailanda əsas milli komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında yollanacaqlar. Dünya çempionatı oktyabrın 26-dək davam edəcək.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0