ABU Bakıda oynamayacaq
03.10.2008 - 15:54
Bakı. Kənan Həsənov - APA-Sport. Qadınlardan ibarət ABU həndbol klubu Kuboklar kubokunun ikinci mərhələ oyunlarını səfərdə keçirəcək. “APA-Sport”un məlumatına görə, təmsilçimizin rəhbərliyi Nikosiyanın “Panellinos” komandasıyla razılığa gəlib. Oyunlar oktyabrın 11-də və 12-də Kiprdə baş tutacaq.
Olimpiya çempionu Rəfiqə Şabanovanın başçılıq etdiyi komandamız bu görüşə daha yaxşı hazırlaşmaq üçün Rusiyanın Həştərxan şəhərinə təlim-məşq toplanışına yollanıb. Həndbolçularımızın yerli “Astraxanoçka” ilə bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0