Güləşçilərimiz dünya çempionatına yollanırlar
03.10.2008 - 17:13
Bakı. Aqşin Əliyev - APA-Sport. Yaponiyanın paytaxtı Tokioda qadın güləşi üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, qarşıdakı yarışda ölkəmizin şərəfini 3 pəhləvan qoruyacaq.
Belə ki, Tokioda Avropa çempionatının gümüş mükafatçısı Elvira Mürsəlova (63 kq), həmçinin Nadya Qradyuk (51 kq) və Olesya Zamula (59 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər. Güləşçilərimiz dünya çempionatına yığmanın məşqçisi Elşad Allahverdiyevin rəhbərliyi altında yollanacaqlar. Oktyabrın 11-də start götürəcək turnir iki gün davam edəcək.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0