Bədii gimnastımız olimpiya çempionunu üstələdi
06.10.2008 - 10:10
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Benidorm şəhərində keçirilən bədii gimnastika üzrə dünya kubokunun final mərhələsinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, milli komandamızın lideri Aliyə Qarayeva bu nüfuzlu yarışı bir bürünc medalla başa vurub. Təmsilçimiz iplə proqramın ifasına görə hakimlərdən 18,075 xal alaraq, üçüncü yeri tutub.
Bununla belə, Aliyə olimpiya çempionu Yevgeniya Kanayeva, Natalya Qodunko (hər ikisi Rusiya), Anna Bessonova (Ukrayna) və Aliyə Yusupova (Qazaxıstan) kimi tanınmış gimnastları arxada qoyub. İdmançımız halqa, gürz və lentlə hərəkətlərdə isə 6-cı olub.
Qeyd edək ki, dünya kubokunun final mərhələsində ən güclü 8 gimnast mübarizə aparıb.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0