Hakimlərimizin ayağı Voronova düşmədi
06.10.2008 - 18:30
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol yığmasının baş məşqçisi Georgi Voronovun rəhbərlik etdiyi Ukraynanın “Qaliçanka” klubu Avropa Həndbol Federasiyasının kubokunda mübarizəni erkən dayandırıb. “APA-Sport”un məlumatına görə, ukraynalı mütəxəssisin komandası yarışın ikinci mərhələsində “Rostov-Don”a (Rusiya) məğlub olub.
Qarşılıqlı razılaşmaya əsasən, hər iki oyun Rusiyada təşkil olunub. Azərbaycanlı hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyevin idarə etdiyi qarşılaşmalar meydan sahiblərinin inamlı qələbələri ilə başa çatıb - 34:26; 28:22.
Qeyd edək ki, Voronovun komandası Ukrayna çempionatında qızıl medallar uğrunda mübarizə aparır. Yeddi turdan sonra hesabında 12 xal olan “Qaliçanka” ikinci sırada yer alıb. Voronovun yetirmələrini vahid lider, Ukraynanın baza klubu “Motor”dan cəmi 1 xal ayırır.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0