Tokiodan bir medalla
13.10.2008 - 11:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Yaponiyanın paytaxtı Tokioda keçirilən qadın güləşçilərin dünya çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, yarışa 3 idmançı ilə qatılan Azərbaycan milli komandası 1 medal qazanıb. Həmyerlilərimizdən yalnız Elvira Mürsəlova fərqlənib.
59 kq çəki dərəcəsində qüvvəsini sınayan Elvira öncə braziliyalı Coys Silva, daha sonra ukraynalı Alla Çerkasovanı məğlub edib. Yarımfinalda isə güləşçimiz yerli idmançı Ayako Şudaya uduzub. Buna baxmayaraq, Mürsəlova növbəti görüşdə ABŞ təmsilçisi Dinra Riksə qalib gələrək, bürünc medala yiyələnib.
Digər idmançılarımız isə fəxri kürsüyə yüksəlməyi bacarmayıblar. Nadya Qradyuk (55 kq) ilk görüşdəcə uduzaraq, yarışla erkən vidalaşıb. Olesya Zamulaya (63 kq) gəlincə, yığmamızın belaruslu legioneri 5-ci yeri tutub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0