“Neftçi” dünya üçüncüsü oldu
13.10.2008 - 13:11
Bakı. Kənan Həsənov - APA-Sport. Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı keçirilib. “APA-Sport”un məlumatına görə, Aliyə Qarayeva, Zeynəb Cavadlı və Samirə Mustafayevanın formalaşdırdığı “Neftçi” komandası yarışı üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb. Komandamız yalnız Rusiya və Ukrayna təmsilçilərindən geri qalıb.
Samirə yeniyetmələrin fərdi birinciliyində də medala sahib çıxıb. İp və halqa ilə yarışda uğursuz çıxış edən gimnastımız, lent və gürzlə proqramın ifasına görə bürünc medal qazanıb. Qarayeva ilə Cavadlı isə fərdi birincilikdə fəxri kürsüyə yüksələ bilməyiblər.
Bu arada Almaniyanın Berlin şəhərində beynəlxalq turnir keçirilib. Ölkəmizin yeganə təmsilçisi Anna Qurbanova bütün növlər üzrə finallarda çıxış etsə də, yarışı medalsız başa vurub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0