Dünya çempionatının ən yaxşı hücumçusu dünyasını dəyişib
14.10.2008 - 10:10
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiyanın “Avanqard” klubunun hokkeyçisi Aleksey Çerepanov dünyasını dəyişib. “APA-Sport”un məlumatına görə, “Vityaz”la oyundan sonra Moskva ətrafında xəstəxanaya gətirilən Aleksey gecə saatlarında vəfat edib. Görüşün gedişində ehtiyat oyunçular skamyasında huşunu itirən 19 yaşlı hokkeyçinin bir müddətdən sonra ürəyi dayanıb və o, reanimasiyaya aparılıb. Çerepanovu həyata qaytarmağa çalışan həkimlər ilk öncə istəyinə çatıblar. Ancaq bu yalnız iki dəqiqəlik olub və sonradan hokkeyçinin ürəyi birdəfəlik dayanıb.
1989-cu il yanvarın 15-də Rusiyanın Barnaul şəhərində anadan olan Aleksey Omsku təmsil edən “Avanqard”da ikinci mövsümünü keçirirdi. Debütantlar arasında məhsuldar ötürmələrinə görə məşhur hokkeyçi Pavel Burenin rekordunu qıran Çerepanov ötən il Rusiya yığmasının heyətində yeniyetmələr arasında dünya çempionatında gümüş mükafat qazanıb, bombardir kimi turnirin ən yaxşı hücumçusu elan olunub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0