Kramnik yenə uduzdu
21.10.2008 - 09:53
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində dünya şahmat tacı uğrunda beşinci oyun keçirilib. “APA-Sport”un məlumatına görə, planetin ən güclüsü olmağa iddiaçılar - hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnikin (Rusiya) dueli gərgin mübarizəyə səhnə olub.
Ümumi hesabda geri olan Kramnik ağ fiqurlarla oynasa da, seçdiyi aqressiv taktika bəhrə verməyib. Şansını gözləyən “hind pələngi” rəqibini 35-ci gedişdə təslim olmağa məcbur edib. Bu Anandın qara fiqurlarla ikinci qələbəsi olub. Ümumi hesabda 2 xallıq (3,5:1,5) üstünlük qazanan hindistanlı qrossmeyster bu gün rəqibinə qarşı ağ fiqurlarla mübarizə aparacaq.
Oktyabrın 31-dək davam edəcək 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0