Boks yığmamız Türkiyəyə gedir
24.10.2008 - 12:04
Bakı. Kənan Həsənov - APA-Sport. Oktyabrın 28-də Türkiyənin İqdır şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. “APA-Sport”un Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya istinadən verdiyi məlumata görə, yarışın mükafatları uğrunda Azərbaycan boksçuları da mübarizə aparacaqlar. Türkiyəyə gənclərdən ibarət yığmanın üzvləri, Elvin Məmişzadə (51 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), İsmət Eynullayev (64 kq), Murad Ağamalıyev (69 kq), Fərid Mövsümov (75 kq), Rəşad Müslümov (81 kq), Malik Məmmədzadə (91 kq) və Fərid Paşayevin (+91 kq) yollanacağı dəqiqləşib. Beynəlxalq turnir oktyabrın 30-da başa çatacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0