Boksçularımız dünya çempionu oldular -YENİLƏNİB
29.11.2008 - 16:40
Heydər Əliyev adına İdman Konsert Kompleksində hərbçi boksçular arasında təşkil olunan dünya çempionatında final döyüşləri start götürüb. Apasport.az saytının məlumatına görə, az öncə rinqə çıxan Azərbaycan yığmasının üzvü Ceyhun Abıyev dünya çempionu adını qazanıb.
Ən yüngül çəki dərəcəsində (48 kq) döyüşən təmsilçimiz Sing Paramliti (Hindistan) məğlub edib. Yarışa yarımfinaldan başlayan Abıyev ilk görüşdə İlya Qribi (Belarus) üstələmişdi. Bunun ardınca isə eyni uğura Sing Suranjoyu (Hindistan) üstələyən Rəhim Nəcəfov (51 kq) imza atıb. Komanda yoldaşlarının qələbə seriyası Elşən İsmayılov (57 kq) davam etdirib. Bu boksçumuz da Hindistan təmsilçisi Yadav Chotteni məğlub edib.
75 kq çəkidə rəqibi görüşdən imtina etdiyi üçün digər həmyerlimiz Rahib Bəylərov da qızıl medala sahib çıxıb.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0