Yığmamız Avropa çempionatında 5-ci oldu
08.12.2008 - 14:46
Rusiyanın paytaxtı Mosvada tələbələr arasında təşkil olunan taekvondo üzrə ilk Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Çempionata qatılan 11 taekvondoçumuzdan 4-ü fəxri kürsüyə yüksəlməyi bacarıb.
Baş məşqçi Ələkbər İmaməliyevin yetirmələrindən ən yaxşı nəticəni Zahid Məmmədov göstərib. 58 kq çəki dərəcəsində döyüşən Zahid bütün rəqiblərini məğlub edərək, qızıl medala layiq görülüb. Bundan başqa, Sənan Əsədzadə (72 kq) gümüş, Samir Aydınovla (54 kq) Bayraməli Vəliyev (84 kq) isə bürünc medal qazanıb.
Yığmamız ümumi komanda hesabında 20 ölkə arasında 5-ci yeri tutub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0