Milli komandamızın baş məşqçisi narazıdır
11.12.2008 - 13:56
“Açığı, Avropa çempionatında bəzi taekvondoçularımızdan narazı qaldım. Yarışda inandıqlarımızın əvəzinə, gözləmədiyimiz idmançılar medal qazandılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan taekvondo yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
Təcrübəli çalışdırıcı bildirib ki, Rusiyanın paytaxtı Moskvada keçirilmiş tələbələr arasında ilk Avropa çempionatında milli komandamızın xüsusilə iki üzvü zəif təsir bağışlayıb: “Rövşən Məmmədov və Ramin Əzizov ümidləri doğrultmadılar. Halbuki, biz onların fəxri kürsüyə yüksələcəklərinə inanırdıq. Lakin hər iki idmançı ikinci mərhələdə mübarizəni dayandırdılar”.
Qeyd edək ki, qitə çempionatında yığmamızın 4 üzvü medala layiq görülüb. Zahid Məmmədov (58 kq) qızıl, Sənan Əsədzadə (72 kq) gümüş, Samir Aydınovla (54 kq) Bayraməli Vəliyev (84 kq) isə bürünc medala sahib çıxıb. Milli komandamız yekunda 5-ci yer tutmasına baxmayaraq, kubokla təltif olunub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0