İWF prezidenti Azad Rəhimovu pərt elədi
12.12.2008 - 19:59
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayan Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) müraciətinə cavab verib. Apasport.az saytının məlumatına görə, macarıstanlı idman məmuru Azad Rəhimova maraqlı məktub yollayıb. Dekabrın 3-də ünvanlanmış məktubu olduğu kimi dərc edirik:
“Fürsətdən istifadə edərək, Sizə məlumat vermək istəyirəm ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Azərbaycan Ağır Atletika Federasiyası və xüsusilə bu qurumun birinci vitse-prezidenti Vahid Nəzərovla əla əməkdaşlığı var. O, çox yüksək səviyyəli mütəxəssis və baş məşqçidir. Onun fəaliyyəti nəticəsində Azərbaycanın 2 ağırlıqqaldıranı Pekin Yay Olimpiya Oyunlarında 5-ci, bir atleti isə 7-ci yeri tutub. Mən onun işini yüksək qiymətləndirirəm. Arzu edirəm ki, Azərbaycan idmanı, o cümlədən ağır atletikası gələcəkdə də inkişaf etsin”.
Bir daha qeyd edək ki, bu, AGİN-in İWF-ə göndərdiyi məktuba cavab xarakteri daşıyır.
Xatırladaq ki, gənclər və idman naziri Azad Rəhimov ötən ay jurnalistlərlə söhbətində Azərbaycan ağırlıqqaldırma yığmasının baş məşqçisi postuna əcnəbi mütəxəssis axtarıldığını və hətta bu məqsədlə İWF-in prezidenti Tamaş Ayana müraciət ünvanlandığını bildirmişdi. Son iki ildə milli komandamızı Vahid Nəzərov çalışdırır.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0