Azad Rəhimov Afinada sədr müavini seçildi
15.12.2008 - 16:49
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov dekabrın 10-dan 12-dək Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Şurası İdmana məsul Nazirlərin 11-ci Konfransında iştirak edib. Bu haqda apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə idman etikası, idmanın muxtariyyatı və pan-Avropa əməkdaşlığı məsələləri müzakirəyə çıxarılıb. Azad Rəhimov Konfransın sədr müavini seçilib. Nazir nitq söyləyərək, müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirib. Bu məsələlərə dair Konfransın sonunda qətnamələr qəbul edilib.
Eyni zamanda, Rəhimov 2010-cu ildə Avropa Şurası İdmana məsul Nazirlərinin növbəti qeyri-formal Konfransının Bakıda keçirilməsi təklifini irəli sürüb. Onun təklifi iştirakçılar tərəfindən qəbul olunub.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0