Qrossmeysterlərimizin yeni reytinqi
26.12.2008 - 15:52
Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2008/2009 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən, yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qadınların siyahısında yenə heç bir həmyerlimiz yer almayıb.
69 kişi qrossmeysterin sıralamasında isə təmsilçilərimizin sayı dəyişməyib. ACP-nin təqviminə daxil olan üç yarışda iştirak edən Teymur Rəcəbov 725 xalla 6-cı pillədəki mövqeyini qoruyub. Cəmi iki turnirdə mübarizə aparan Vüqar Həşimovun hesabında 444 xal var. Həmyerlimiz ötən siyahı ilə müqayisədə iki pillə geriləyərək 17-ci sıraya düşüb.
ACP-nin reytinq cədvəlinə 5 turnirə qatılmaqla 1162 xal toplayan rusiyalı Dmitri Yakovenko başçılıq edir.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0