İlqar Rəhimov üçüncü dəfə Milli Paralimpiya Komitəsinin prezidenti seçiləcək
26.01.2009 - 16:32
Sabah Milli Paralimpiya Komitəsinin (MPK) III hesabat-seçki konfransı keçiriləcək. Bu haqda apasport.az saytına MPK-nın mətbuat katibi İlham Təhməzov məlumat verib. Onun sözlərinə görə, tədbirdə son 4 il üçün hesabat dinləniləcək, daha sonra prezident, vitse-prezident, baş katib və İcraiyyə Komitəsinə seçkilər olacaq.
Təhməzov bildirib ki, MPK-nın prezidenti postuna yalnız qurumun indiki rəhbəri İlqar Rəhimovun namizədliyi qeydə alınıb. Bu isə sabah Rəhimovun 3-cü dəfə ardıcıl prezident seçiləcəyini deməyə əsas verir. O, MPK yaranan vaxtdan, yəni 1997-ci ildən bəri komitəyə başçılıq edir.
Sabah, həmçinin Ziyadxan Kərimovun vitse-prezident, Afiq Süleymanovun isə baş katib vəzifəsinə yenidən seçiləcəkləri gözlənilir. Hesabat-seçki konfransı Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində baş tutacaq.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0