Yeni rekord: 60 m-i 6,66 saniyəyə
27.01.2009 - 14:38
Azərbaycan atletləri Rusiyanın Volqoqrad şəhərində keçirilmiş “Qubernator kuboku” uğrunda beynəlxalq turnirdə mübarizə aparıblar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, həmyerlilərimiz yarışda 3 medal qazanıblar.
Ən yüksək nəticəni Ramil Quliyev göstərib. O, 60 m məsafəyə qaçış proqramında 6,66 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni zamanda, Ramil 20 yaşadək atletlər arasında Azərbaycan rekordunu təzələyib.
Volqoqradda Valentin Buliçev 200 m məsafəni 21.80 saniyəyə qaçıb. Kamran Cəlilov isə 3 təkanla tullanma proqramında 15,77 m nəticə göstərib. Hər iki idmançımız bürünc medala layiq görülüb.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0