Nazirlik federasiyaların qeydiyyatına başladı
27.02.2009 - 15:20
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları ilə gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın qurulması, milli komandaların beynəlxalq yarışlara məqsədyönlü hazırlığının təmin olunması, həmçinin ortaya çıxan cari məsələlərin vaxtında öz həllini tapması məqsədilə qeydiyyata başlayıb. Bu haqda apasport.az saytına AGİN-in mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Xəbərdə bildirilir ki, qeydiyyatdan keçmək üçün müvafiq prosedur qaydaları həyata keçirmək lazımdır. Başqa sözlə, hər bir federasiya qeydiyyat məqsədi ilə tərtib olunmuş forma üçün ərizə, təsis konfransının sənədləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, Azərbaycan Milli Olimpiya Komitəsi və beynəlxalq federasiya tərəfindən tanınması haqqında sənədi AGİN-ə təqdim etməlidir.
Nazirlik vaxtında qeydiyyatdan keçməyən federasiyaların fəaliyyətinin dayandırılmasına qərar verəcək.

- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0